Bu gün Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Gənc Basketbol Liqası"nın ilk mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, yarımfinal oyunlarında İdman Akademiyasının əsas komandası BSU üzərində 18:15, ikinci komandası isə AzTU üzərində 22:20 hesablı qələbələr qazanaraq finala yüksəliblər.
İlk mərhələnin final görüşündə İdman Akademiyasının əsas və ikinci komandaları üz-üzə gəliblər. Oyunu İdman Akademiyasının əsas komandası 21:18 hesablı qələbə ilə tamamlayaraq "ABB Gənc Basketbol Liqası"nda ilk mərhələnin çempionu olub.
Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Qeyd edək ki, "ABB Gənc Basketbol Liqası"nın növbəti mərhələsi mart ayında baş tutacaq
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri