"Gəncə" klubuna qarşı oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu".
Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun amerikalı basketbolçusu İsiah Pope mövsümün startı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, çempionata inamlı başladıqlarını vurğulayıb:
“Mənə elə gəlir ki, mövsümə inamlı başlamışıq. Düzdür, çoxları bizi qınayır ki, III turda “Gəncə”yə uduzduq. Ancaq fikrimcə, bu oyun səhvlərimizi görmək və nəticə çıxarmaq üçün çox önəmli oldu. Yaxşı oynamaq üçün daha çox çalışmalı və irəli getməliyik. Ona görə də hesab edirəm ki, mövsümün əvvəli bizim üçün yaxşı keçir və növbəti matçlarda özümüzü oyun planında daha da inkişaf etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının III turunda baş tutan "Ordu" - "Gəncə" görüşü ikincilərin 82:61 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri