Kley Tompson komandasını dəyişdi
02.07.2024 - 14:29
2011-ci ildə başladığı NBA kariyerasında yalnız “Qolden Steyt Varriors”da forma geyinən basketbolçu Kley Tompsonun yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı basketbolçu azad agent qismində “Dallas Maveriks”in heyətinə qoşulub.
O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Tompson indiyə qədər San Fransisko təmsilçisinin heyətində 4 NBA çempionluq üzüyünə sahib çıxıb.
Xatırladaq ki, “Dallas Maveriks” final seriyasının beşinci oyununda “Boston Seltiks”ə məğlub olub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
1
0