"Düşünürəm ki, pley-offda yaxşı şanslarımız var”.
Apasport.az xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında “Sumqayıt”la oyunda qazanılan qələbəni şərh edib: "Bildiyiniz kimi dizimdə problem yarandığı üçün bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır. Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir. Bu gün komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik. Artıq zədəlilərimiz də qayıdıb".
Qeyd edək ki, “Sabah” səfərdə 93:73 hesabı ilə qalib gəlib. Bu qələbə komandanı pley-offa yüksəldib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri