“Kubok matçını da bu şəkildə qazanmaq istəyirik“ - Evren Alkaya
10.04.2024 - 22:53
“Kubok matçını da bu şəkildə qazanmaq istəyirik“ - Evren Alkaya

“Oyunun çətin olacağını bilirdik. Ciddi hazırlaşırdıq”.

Apasport.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Xəzri”ni 98:70 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının XVII tur oyunu barədə danışarkən deyib.

Mütəxəssis əvvəlki turda məğlub olduqları üçün bu dəfə qələbənin onlar üçün böyük önəm kəsb etdiyini söyləyib: “Rəqibin oyunçularında zədələr var, yeni dönənlər də oldu, biz də bunu dəyərləndirməliydik. Rəqibimiz yaxşı klubdu, baş məqçisi də həmçinin. Dediyim kimi, çox ciddi hazırlaşdıq. İlk hissədə aşağı nəticə göstərdik, amma daha sonra yaxşı atışlarımız oldu. Ümidvaram ki, növbəti matçlarda da yüksək nəticələr əldə edərik. Kubok matçını da bu şəkildə qazanmaq istəyirik”.

Baş məşqçi pley-offda oynamaq istədiklərini bildirib: “Pley-off matçları növbəti həftəyə qaldı. Liqanın sonuncu həftəsində “Gəncə” - “Sumqayıt” matçından sonra bəlli olacaq. Bu turda “Sumqayıt” “Sabah”a uduzsa, pley-off mərhələsi bizim üçün qarantidi. Dediyim kimi, ciddi hazırlaşacağıq”.

0