Lənkəran təmsilçisi kanadalı basketbolçu ilə yolları ayırıb
12.01.2026 - 13:16
"Lənkəran" 24 yaşlı kanadalı basketbolçusu Ankit Çoudhari ilə yolları ayırıb.
Apasport.az xəbər verir ki, o, karyerasını Sloveniya Superliqasında davam etdirəcək.
Çoudhari "Roqaska" klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, "Lənkəran" daha əvvəl qabonlu legioneri Antoni Tseqakele ilə də vidalaşıb.
0
0