"Lənkəran" basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis Azərbaycan Basketbol Liqasının XII turunun "Sumqayıt"la matçını dəyərləndirib:
"Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, həvəsdən düşmədik və sona qədər mübarizə apardıq. Buna görə komandama təşəkkür edirəm. Həvəsdən düşmədik və Lənkəranda ilk qələbəni qazanmaq üçün çalışdıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm".
Qeyd edək ki, Lənkəran Olimpiya Kompleksində baş tutan B qrupunun görüşü qonaqların 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri