"Məqsədimiz oyunlarda qalib gələrək mövsümü uzatmaq üçün özümüzə fürsət verməyə davam etməkdir".
Apasport.az xəbər verir ki, bunu "Gəncə" basketbol komandasının oyunçusu Malek Deyvis deyib.
O, pley-off görüşləri barədə fikirlərini bildirib: “Həm klub, həm də azarkeşlərimiz üçün bacardığımız qədər irəli getmək istəyirik. Bizi qarşıda “Şəki” ilə matçlar gözləyir. Mən bu oyunların, pley-offun çox çətin olacağını gözləyirəm. Hər görüş böyük bir döyüş olacaq. Hazırlığımız və məşqçimizin oyun planı ilə qalib gəlmək üçün gücümüzü meydanda maksimum qoymağa çalışacağıq. Yaxşı məşqlər keçmişik. Verilən tapşırıqları meydanda tam yerinə yetirməyə çalışırıq. Rəqibi də təhlil etmişik. Eyni qrupda mübarizə apardığımızdan tanıdığımız komandadır”.
Qeyd edək ki, “Gəncə”Azərbaycan Basketbol Liqası pley-in mərhələsində hər iki oyunda “Lənkəran”a qalib gəlib. Komanda pley-offda "Şəki" ilə qarşılaşacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri