Martin Knejeviçin köməkçilərindən biri məlum olub
09.09.2026 - 19:25
Martin Knejeviçin köməkçilərindən biri məlum olub

"Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub.

Apasport.az xəbər verir ki, bu, Davit Korcadzedir.

Gürcüstanlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək müqavilə bağlanıb. Korcadze böyük assistent funksiyasını yerinə yetirəcək.

33 yaşlı çalışdırıcı ilk dəfə vətənindən kənarda işləyəcək. O, buna kimi ölkəsində "Batumi" və "Burji" klublarında fəaliyyət göstərib.