Demian Lillardın “Portlend”I tərk etməsi an məsələsidir.
Apasport.az saytı xəbər verir ki, NBA-nın ən parlaq ulduzlarından biri rəhbərliyə komandanı tərk etmək istədiyini bildirib.
32 yaşlı basketbolçu “Mayami” ilə ilkin razılıq əldə edib. “Portlend” transfer üçün Kaleba Martini tələb etsə, “Hits” bununla razılaşmayıb. Mayamililər Tayler Hirrodan bu keçid üçün istifadə etmək istəyirlər. Oktyabrda 4 illik müqavilə imzalayan Hirronun üçüncü kluba göndərməklə Lillardın keçidini reallaşdırmaq mümkündür. Bütün çətinliklərə baxamayaraq, “Mayami” Demianı komandaya cəlb etməklə çempion heyət qurmağı qarşıya məqsəd qoyub.
Qeyd edək ki, “Mayami” son NBA finalında “Denver”ə uduzub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri