Maykl Cordandan 10 milyonluq ianə
16.02.2023 - 00:28
NBA əfsanəsi və "Şarlot" klubunun sahibi Maykl Cordan xeyriyyə fonduna 10 milyon dollar ianə edib.
Apasport.az xəbər verir ki, o, 17 fevralda 60 illik yubileyi şərəfinə "Make-A-Wish" xeyriyyə fonduna 10 milyon dollar bağışlayıb.
Altıqat NBA çempionunun ianəsi "Make-A-Wish" Fondunun 43 illik fəaliyyətində aldığı ən böyük pul olub.
"Bu hədiyyə Cordanın 30 ildən artıqdır ki, fəal şəkildə dəstəklədiyi arzuların yerinə yetirilməsi baxımından təşkilata sadiqliyinin nümayişidir", – deyə fondun bəyanatında deyilib.
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
0
0