Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB
06.06.2026 - 21:53
Milli komandamız Almaniya qarşısında geridönüş etdi - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol komandası Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetirmələri 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Görüş rəqibin üstünlüyü ilə başlayıb. Komanda hesabda önə keçsə də, təmsilçilərimiz geridönüş etməyi bacarıblar. 

Basketbolçularımız 18:16 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.