Milli komandamızdan möhtəşəm qələbə
25.02.2024 - 16:52
Xəbər verdiyimiz kimi bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi Kosova yığması ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, FİBA Dünya kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən matç millimizin qələbəsi ilə başa çatıb.
“Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan qarşılaşmada Tahir Baxşıyevin rəhbərlik etdiyi komandamız qrupun favoritlərindən sayılan Kosovo yığmasını 87-77 hesabı ilə məğlub edib.
Bununla da, seçmə mərhələnin ilk ev oyununa çıxan basketbolçularımız məhz ilk qalibiyyətimizi doğma azarkeşlər önündə rəsmiləşdirib.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
1
0