Millidən növbəti qələbə
11.07.2024 - 14:35
16 yaşadək basketbolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunda növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığmamız qrup mərhələsinin III turunda Kiprlə üz-üzə gəlib. Görüş milli komandanın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl Ermənistan və Gürcüstanı böyük hesabla məğlub edən Azərbaycan qrupda birinci yeri tutaraq yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, Cəbəllütariqdə keçirilən turnirin yarımfinal matçları iyulun 13-də keçiriləcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0