İyununun 7-8-də Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun (2025) təsnifat mərhələsinin oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, təsnifat oyunlarında həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmamız B qrupunda Kosovo, Malta seçmələri ilə üz-üzə gələcək. Qadınlardan ibarət millimiz də B qrupunda yer alıb və rəqibi ev sahibləri olacaq.
Kişi basketbolçularımız qrupda ilk oyununu iyunun 7-də Bakı vaxtı ilə saat 11:45-də Maltaya qarşı, ikinci qarşılaşmasını isə ertəsi gün saat 13:35-də Kosovo yığmasına qarşı keçirəcək.
Qadın basketçolçularımızın isə qrupdakı yeganə oyunu iyunun 8-də saat 13:10-da Kosovo millisinə qarşı baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri