Azərbaycanın 18 və 20 yaşadək qız və oğlanlardan ibarət basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla üz-üzə gələcək.
Qarşılaşmalar iyulun 31-dən avqustun 9-dək baş tutacaq.
Oğlanlardan ibarət U-18 yığması isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliyaya rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-dək keçiriləcək.
Qızlardan ibarət U-20 kollektivi B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.
Oğlanlardan ibarət U-20 seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.
- 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb
- Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq
- Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
- "Sabah" Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb - RƏSMİ
- “Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ