Millimiz 1/4 finalda
26.05.2025 - 21:26
Millimiz 1/4 finalda

Bu gün basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, turnirdə 16 komanda mübarizə aparır.

A qrupunda yer alan millimiz ilk görüşdə Niderlandla üz-üzə gəlib.

Matç rəqibin xeyrinə başa çatıb - 19:13. İkinci oyunda yığmamız "Praqa" ilə qarşılaşıb. 16:12 hesabı ilə üstün olan komandamız mərhələ adlayıb.

Qeyd edək ki, 1/4 finala yüksələn komandamızın rəqibi Latviya millisi olacaq. Oyuna sabah saat 18:15-də start veriləcək.

Təsnifat mərhələsi

Qadın seriyası
Bakı mərhələsi
A qrupu

16:00. Niderland – Azərbaycan - 19:13
17:50. “Praqa” – Azərbaycan - 12:16

Xal durumu: Niderland - 2, Azərbaycan - 1, "Praqa" - 0