24 iyun qızlardan ibarət U-16 millimizin Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində növbəti oyunları baş tutub.
Apasport.az xəbər verir ki, U-16 seçməmiz turnirdə 3-cü görüşünü Rusiyanın "MBU Volqoqrad" klubuna qarşı keçirib və 67:38 hesablı qələbəyə sevinib.
Qızlarımız günün ikinci oyununda isə Qazaxıstan təmsilçisi "Aul Sport" klubu ilə qarşılaşıb və 59:39 hesabı ilə rəqibinə qalib gəlib.
Bu qızlarımızın turnirdə "Aul Sport" klubu üzərində ikinci qələbəsi olub.
Qeyd edək ki, bütün görüşlərini qələbə ilə tamamlamış qızlarımızın növbəti oyunları 25 iyunda baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri