Millimiz bu gün Kosovo ilə qarşılaşacaq
20.02.2025 - 09:51
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Kosovo ilə üz-üzə gələcək.
A qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Yığma fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Qeyd edək ki, İsveçrə 8 xalla qrupda liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncü pillədə qərarlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0