Millimiz Cəbəllütariqi məğlub edib
11.07.2025 - 10:11
Millimiz Cəbəllütariqi məğlub edib

Basketbol üzrə Azərbaycanın oğlanlardan ibarət U-16 yığması Avropa çempionatı C divizionunun sonuncu qrup oyununu keçirib.

Apasport.az xəbər verir ki, millimiz Cəbəllütariqlə üz-üzə gəlib. 

Görüş basketbolçularımızın 69:40 (14:9, 14:15, 25:2, 16:14) hesablı qələbəsi ilə başa çatıb.

Daha öncə San Marinoya 105:60 hesabı ilə qalib gəlib, Andorraya (42:52) və Lüksemburqa (38:86) uduzan yığmamız qrupda 6 xalla 3-cü olub. Basketbolçularımız qitə birinciliyində 5-9-cu yerlər uğrunda oyunlarda mübarizə aparacaq.