18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, C divizionunda çıxış edən yığmamız B qrupunun son matçında Ermənistanla görüşəcək.
Hər iki komanda yarımfinala vəsiqəni təmin edib. Bu qarşılaşma B qrupunun liderini müəyyənləşdirəcək. Baş məşqçi Anar Sarıyevin yetirmələri Albaniyadakı turnirdə ardıcıl ikinci qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 27-də baş tutacaq.
Avropa çempionatı, C divizionu
B qrupu, III tur
25 iyul
18:00. Azərbaycan – Ermənistan
Tomorr Sinani İdman Sarayı
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri