Millimiz məğlub olub
09.07.2025 - 23:09
Millimiz məğlub olub

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatı C divizionunda 3-cü oyununu keçirib.

Apasport.az xəbər verir ki, B qrupda yer alan komandımızın budəfəki rəqibi Lüksemburq olub.

Albaniyanın evsahibliyi etdiyi turnirə U-16 yığmamız qrup liderinə fərqli uduzub. Rəqib komanda 48 xal fərqi ilə üstün olub.

Yığmamız sabah sonuncu turda qrupun autsayderi Cəbəllütariqlə qarşılaşacaq.

Avropa çempionatı, C divizionu
Qrup mərhələsi, 1-ci tur
9 iyul

Azərbaycan U-16 - Lüksemburq U-16 - 38:86 (11:31, 4:16, 10:22, 13:17)