Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsində 1/4 final oyununa çıxıb.
Apasport.az xəbər verir ki, yığma "Barselona Panters" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:8 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan millisi turnirlə vidalaşıb. İspaniya təmsilçisi isə yarımfinalda Portuqaliyaya rəqib olub.
Bu raundun digər qarşılaşmasında Polşanın "Varşava Lotto" kollektivi İtaliya seçməsini sınağa çəkəcək. Cütün qalibi finala gedən yolda Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Fleyms" qrupda keçirdiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri