Millimiz Rumıniyanı məğlub etdi
11.07.2026 - 21:26
Bolqarıstanın Samokov şəhərində qadın basketbolçular arasında U-20 Avropa çempionatının B divizionunda 9-14-cü yerlər uğrunda növbəti oyun keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi Rumıniya yığması ilə üz-üzə gəlib.
Görüş yığmamızın 64:50 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz turnirdə son oyununu iyulun 12-də Bakı vaxtı ilə saat 19:00-da İsveçrə seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, Azərbaycan yığması İsveçrə üzərində qələbə qazanacağı təqdirdə, U-20 Avropa çempionatının B divizionunu 10-cu pillədə başa vuracaq.
0
0