Millimiz Slovakiyaya uduzub
24.08.2025 - 23:32

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda üçüncü oyununu keçirib.
Apasport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Slovakiya komandası olub.
Görüş komandamızın 62:70 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan yığması daha əvvəl İsveçə (57:84) və Niderlanda (49:81) uduzaraq qrupda sonuncu - 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti rəqib sabah Lüksemburq komandası olacaq. Oyun 21:30-da başlayacaq.
0
0