Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib
24.06.2024 - 19:21
İyunun 20-də 20 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Apasport.az xəbər verir ki, yığmamız Memarlıq və İnşaat Universitetinin idman zalında hazırlıq keçir.
İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda hazırlıq prosesində taktiki və texniki hücum-müdafiə planları üzərində çalışıb.
Məşqlərdə əsas məqsəd iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlıqdır.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0