Azərbaycan basketbolunda ağır itki baş verib.
Apasport.az xəbər verir ki, uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan, milli komandamızın sabiq üzvü, SSRİ idman ustası Vaqif Hacımətov 62 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
O, Sovet dövründə, 1982-ci ildə SSRİ basketbol yığmasına dəvət alıb. Hacımətov SSRİ çempionatında Azərbaycan Neft və Kimya İnstitutunun komandasında çıxış edib, daha sonra isə Rusiya çempionatında "Dinamo" (Stavropol) klubunun uğurları üçün mübarizə aparıb.
Qeyd edək ki, Vaqif Hacımətov peşəkar basketbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti ilə də məşğul olub.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri