"İlk olaraq komandamı təbrik edirəm. Həqiqətən də son periodda çox vacib bir xarakter ortaya qoydular. Təəssüf ki, iki matçdır məğlub olurduq".
Apasport.az xəbər verir ki, bunu Murat Dikmen klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının XIII turunda “Sərhədçi” ilə görüşdə qazanılan 80:76 hesablı qələbəni şərh edib:
"Bu qarşılaşma həm ikinci pilləni qorumaq, həm də yenidən öz kimliyimizi ortaya qoymaq üçün çox vacib idi. Bunu da bacardığımızı düşünürəm. Sadəcə ikinci periodun son 2 dəqiqəsini yaxşı oynamadıq. Reaksiya göstərə bilmədik. Üçüncü periodda isə həqiqi kimliyimizi ortaya qoyduq. Son periodda isə Naxçıvan komandasının nəyə qadir olduğunu göstərdik. Buna görə çox ümidliyəm. Bu qələbə bizim üçün çox vacib idi. Bundan sonra “Abşeron” ilə matça köklənəcəyik. Ümid edirəm ki, bu il həm liqada, həm də kubokda final oynayarıq. Ən azı isə birini qazansaq bizim üçün çox yaxşı olar".
Qeyd edək ki, “Naxçıvan” 22 xalla A qrupunda 2-ci pillədə yer alıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri