“Naxçıvan” basketbol klubunun baş məşqçisi Murat Dikmen klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin “Abşeron”la ilk oyununu (88:83) şərh edib:
“Qələbə ilə başlamaq çox vacib idi. Önümüzdə bizi daha bir matç gözləyir. Oyunçularımı təbrik edirəm. Həqiqətən çox yaxşı mübarizə apardılar. Pley-off mərhələsi normal mövsüm kimi baş tutmur. Burda daha fərqli mübarizələrə şahidlik edirik. İlk qarşılaşmada qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Artıq ikinci görüşə köklənəcəyik. Ümid edirəm ki, o oyunda da qələbə qazanaraq adımızı yarımfinala yazdırarıq. Rəqibimizi də göstərdiyi mübarizəyə görə təbrik edirəm”.
Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri