"Naxçıvan"dan növbəti transfer
24.09.2024 - 13:45
“Naxçıvan” klubu daha bir basketbolçu ilə müqavilə bağlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın U-16 və U-18 millilərində çıxış edən Papuna Kirtadze ilə razılıq əldə olunub.
184 sm boya malik 23 yaşlı basketbolçu son olaraq Gürcüstan A liqasında mübarizə aparan Kutaisi Akaki Tsereteli Dövlət Universitetinin komandasında çıxış edib.
Qeyd edək ki, Naxçıvan klubu bundan öncə Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins və Ahmet Karaçelik ilə müqavilə imzalayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0