Azərbaycan Basketbol Liqasının VII turu çərçivəsində “Sumqayıt” öz meydanında “Naxçıvan”a 99:116 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Nikola Bozinoski oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
“Rəqib birinci periodda çox yaxşı çıxış etdi. Biz də yaxşı mübarizə apardıq. İlk hissədə müdafiədə tam da inamlı çıxış etməsək də, yekunda yaxşı oyun göstərdik. Birinci hissədə rəqib ribaundlarda üstünlük göstərdiyi üçün sürətli hücumlar təşkil edə bilmədik. Daha sonra isə üstünlüyü ələ almağı bacardıq. Ardınca həm hücumda, həm də müdafiədə üstün mübarizə apardıq. Xüsusi olaraq yerli oyunçularımız yaxşı performans sərgilədilər. Onları bu qalibiyyətin əsas pay sahiblərindən biri olaraq görürəm. Səhvlərimizi analiz edib növbəti matçlarda təkrarlamamağa çalışacağıq”.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri