NBA çempionu həbs olundu
14.02.2024 - 16:23
Son olaraq Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Minnesota Timbervulvz”da çıxış etmiş Breyn Forbes həbs olunub.
Apasport.az xarici mətbuata istinadla xəbər verir ki, 30 yaşlı basketbolçu keçmiş sevgilisinə qarşı təcavüzkar davranışa görə azadlıqdan məhrum edilib.
2 uşaq anası olan qadının evinə girərək onu başından vuran oyunçu daha sonra onu boğmağa çalışıb. Zərərçəkən qaçmağı bacarıb.
Qeyd edək ki, Breyn Forbes 2021-ci ildə “Miluoki Baks”ın heyətində NBA çempionluğu yaşayıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0