"Neftçi" 3:0 qalib gəldi
26.01.2023 - 21:07
"Neftçi" 3:0 qalib gəldi

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. III tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:19 hesablı üstünlüklə bitirən “Neftçi” ikinci hissədə də eyni hesabla qalib gəlib. Pərviz Səmədovun yetirmələri 3-cü setdə isə 25:15 hesabı ilə qalib gələrək yekunda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Beləliklə, bu oyundan sonra ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. Aktivində 6 xalı olan  “Murov” 1-ci, 3  xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq 2-ci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.

Xatırladaq ki, III turun sabah keçiriləcək son oyununda "Murov" və "Xarıbülbül" komandaları üz-üzə gələcəklər.

Bununla da I dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. II turdan təxirə salınmış "Xarıbülbül" – "Neftçi" qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.

26 yanvar
Yüksək Liqa (kişilər)
III tur

“Neftçi” – MOİK 3:0 (25:19, 25:19, 25:15)

0