"Neftçi" "Abşeron"un qonağı olacaq
09.01.2025 - 11:16
"Neftçi" "Abşeron"un qonağı olacaq

Azərbaycan Basketbol Liqasının X turunda bu gün daha bir oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, A qrupunda “Abşeron” “Neftçi” ilə qarşılaşacaq.

Abşeron Olimpiya Kompleksində baş tutacaq görüşə 19:00-da start veriləcək. Hazırda “Abşeron” qrupda 8-ci, “Neftçi” isə 9-cu yerdə qərarlaşıb. Hər iki komandanın 12 xalı var.

Qeyd edək ki, X turun ötən gün keçirilən “Sabah” - “Naxçıvan” qarşılaşması Naxçıvan təmsilçisinin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb. Turun digər oyunları yanvarın 11-i və 12-də keçiriləcək.

0