"Neftçi" baş məşqçisi ilə yollarını ayırdı: Komandaya gürcü rəhbərlik edəcək
08.01.2025 - 15:21
"Neftçi" basketbol klubu baş məşqçi Omid Movahed Nejatla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, iranlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Onu gürcüstanlı mütəxəssis Daviti Tsivtsivadze əvəzləyəcək.
Qeyd edək ki, Movahed Nejat 2024-cü ilin noyabr ayından komandaya rəhbərlik edirdi. O, öz istəyi ilə baş məşqçi postundan istefa vermiş Anar Sarıyevin yerinə təyin edilmişdi. İranlı mütəxəssisin müqavilə müddəti bu mövsümün sonunda başa çatacaqdı.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0