Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci turun iki oyunu baş tutub.
Apasport.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilmiş turun açılış oyununda "Sərhədçi" və "Şəki" üz-üzə gəliblər.
Bu görüşdə "Sərhədçi" 112:82 hesablı rahat qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sərhədçi"də Kaleb Hanter (30 xal, 7 asist), "Şəki"də Pol Dibal (21 xal, 9 ribaund) olublar.
Günün ikinci oyununda liderlər qrupunda qərarlaşmış "Neftçi" "Cəlilabad" klubu ilə qarşılaşıb. Gərgin oyunun yekununda 72:63 hesabı ilə sevinən tərəf "Neftçi" olub. Ən məhsuldar basketbolçular "Neftçi"də Toraje Breyk (20 xal, 11 asist), "Cəlilabad"da Rişan Conson (15 xal, 10 ribaund) olublar.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri