“Neftçi” finalda “Sabah”a rəqib oldu
29.04.2025 - 21:26
Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, günün ikinci matçı Bakı İdman Sarayında keçirilib.
“Abşeron” “Neftçi” ilə qarşılaşıb.
"Ağ-qaralar" ilk 2 periodda geridə olub. Buna baxmayaraq, komanda oyunda dönüş yaratmağı bacarıb və finala yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu “Sabah”la “Neftçi” arasında keçiriləcək oyunlarda müəyyənləşəcək.
Azərbaycan Basketbol Liqası
Yarımfinal, ikinci oyun
29 aprel
19:00. “Abşeron” – “Neftçi” - 72:81 (15:22, 22:10, 18:27, 17:22)
Bakı İdman Sarayı
Seriyada hesab – 0:1
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0