“Neftçi SOCAR” Monqolustan təmsilçisi ilə qarşılaşacaq
06.09.2026 - 09:52
“Neftçi SOCAR” Monqolustan təmsilçisi ilə qarşılaşacaq

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında növbəti oyununa bu gün çıxacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.