"Neftçi SOCAR" mövsümü ikinci pillədə başa vurub
01.09.2026 - 14:54
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.
Qeyd edək ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.
0
0