"Neftçi SOCAR" qrup mərhələsindəki oyunlarını başa vurub
18.07.2026 - 19:54
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində seçmə mərhələnin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Neftçi SOCAR" qrup mərhələsindəki oyunlarını başa vurub.
Komanda "Praqa" üzərində 18:14 hesablı qələbə qazanıb, Litvaya isə 16:21 hesabı ilə məğlub olub.
Komandanın qrupdakı yekun mövqeyi Litva - "Praqa" oyunundan sonra müəyyənləşəcək.
0
0