"Neftçi" və "Xəzri" yarımfinala vəsiqə qazandı
09.03.2024 - 00:50
Basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda növbəti iki oyun keçirilib.
Apasport.az xəbər verir ki, matçlar "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Günün ilk görüşündə "Neftçi" 82:71 hesabı ilə "Cəlilabad"ı məğlub edib. Bununla da, "Neftçi" qrupdan çıxmağı təmin edib.
Günün son oyununda qrup lideri "Xəzri" "Xırdalan"a 75:64 hesabı ilə qalib gələrək kubokun yarımfinalına yüksəlib.
Qeyd edək ki, A qrupunu lider tamamlamaq uğrunda oyun "Xəzri" - "Neftçi" dueli olacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0