"Neftçi"dən yeni transfer
08.09.2026 - 17:56
Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Boyu 188 sm olan müdafiəçi ilə sözləşmənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, Şakeyl Prays son olaraq Niderlandın "Luvarden" komandasının formasını geyinib.
0
0