FİBA Avropa Kubokunun 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir Almaniyanın Münhen şəhərində baş tutub.
40 komanda 10 qrupa bölünüb. Təmsilçilərimizdən "Neftçi" "İ" qrupunda yer alıb. "Ağ-qaralar"ın qrupunda Türkiyənin "Bursaspor", Estoniyanın "Kalev/Kramo" və Polşanın "Trefl Sopot" komandaları da yer alıb.
Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" isə turnirə təsnifat mərhələsindən start verəcək. Komandamızın rəqibi Kiprin "Anartosis" klubu olacaq. Yarımada təmsilçisi rəqibini mübarizədən kənarlaşdırmağı bacararsa, "H" qrupunda yer alacaq. Burada İspaniyanın "Kasademont Zaraqoza", Macarıstanın "Falko Sombateli" və Danimarkanın "Bakken Birs Arus" klubları qərarlaşıb.
Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. İlk matçlar sentyabrın 24-də, cavab oyunları isə oktyabrın 1-də baş tutacaq.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri