“Neftçi”nin baş məşqçisi: “Rəqib elə komandadır ki…”
06.05.2025 - 21:57
“Neftçi”nin baş məşqçisi: “Rəqib elə komandadır ki…”

"Çox çətin oyun idi. Biz yaxşı başladıq. Ribaundlara və müdafiəyə yaxşı nəzarət edirdik".

Apasport.az xəbər verir ki, bunu "Neftçi" basketbol komandasının baş məşqçisi Daviti Çivçivadze deyib.

O, Azərbaycan Basketbol Liqasının final seriyasının 3-cü matçında qeydə alınan "İkinci hissədə səhvlərə yol verdik və "Sabah" hesabdakı fərqi azaltdi. Rəqib elə komandadır ki, səhvləri bağışlamır və cəzalandırır. Üçüncü hissədə müdafiədə və hücumda bəzi dəyişikliklər etdik. Bundan sonra oyunu daha yaxşı hiss etməyə başladıq. Final görüşü olduğu üçün oyunun taleyi son saniyələrdə həll oldu. Əvvəlki iki oyunda son dəqiqələrdə məğlub olmuşduq. Ancaq bu gün qələbə qazanmağa özümüzdə güc tapdıq. Komandamla fəxr edirəm. Növbəti oyuna hazırlaşacağıq və yenə qələbə qazanmağı qarşımıza məqsəd qoyacağıq".

Qeyd edək ki, final seriyasında "Sabah" 2:1 öndədir.