“Neftçi”nin məşqçisi: “Bizim üçün önəmli qarşılaşma idi”
26.02.2025 - 23:58
"Neftçi"nin məşqçisi Daviti Çivçivadze klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron"la oyununu dəyərləndirib.
"Abşeron"la qarşılaşma bizim üçün önəmli idi. İlk olaraq oyunçularımızı və azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bu, bizim üçün önəmli qarşılaşma idi. Oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın yüksək potensialı var".
Qeyd edək ki, "Neftçi" - "Abşeron" matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0