Azərbaycan Basketbol Liqasının VII turunun "Naxçıvan"la oyunundan sonra NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, görüşü dəyərləndirib.
“Öz üzərimizdə işləməyə davam etməliyik. Çətin bir matç oldu. Əsas heyət üzvlərimizdən Akbər Məmmədov bu oyunu buraxırdı. Əvəzində Məhəmməd Hüseynli özünü yaxşı tərəfdən göstərdi. Eyni zamanda Murad Babayevə də inanıram. Onun daha yaxşı oynaya biləcəyini bilirəm. Belə qarşılaşmalar gənc oyunçular üçün çox önəmlidir. Öz üzərimizdə işləməyə davam etməliyik. Növbəti oyun "Neftçi"yə qarşı olacaq. Yenə də Akbarsız oynayacağıq".
Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri