“Ordu” “Lənkəran”a qalib gəlib
19.12.2025 - 23:28
“Ordu” “Lənkəran”a qalib gəlib

Azərbaycan Basketbol Liqasında X turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, B qrupunda "Ordu" kollektivi "Lənkəran"la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan oyun "Ordu"nun 84:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, tura dekabrın 21-də yekun vurulacaq.