Azərbaycan Basketbol Liqasında XV tur davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə B qrupunun matçları baş tutub.
Günün hər iki qarşılaşması eyni vaxtda başlıb. “Ordu” Bakıda “Quba”nı sınağa çəkib. Hərbçilər bu görüşdə çətinlik çəkməyiblər. Meydan sahibləri 35 xal fərqi ilə qalib gəliblər.
“Gəncə” isə Sumqayıtda eyniadlı komandanın qonağı olub. Oyun qonaq komandanın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XV tur, 27 fevral
B qrupu
19:00. “Ordu”– “Quba” - 103:68 (24:16, 19:15, 34:17, 26:20)
Sərhədçi İM
19:00. “Sumqayıt” – “Gəncə” - 81:90 (23:19, 16:25, 25:24, 17:24)
Sumqayıt OİK
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri