“Ordu”nun baş məşqçisi: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”
10.03.2025 - 00:56
“Bu bizim mövsümdə ən zəif oyunumuz oldu”.
Apasport.az xəbər verir ki, bunu " Ordu" basketbol klubunun baş məşqçisi " Sumqayıt " ilə oyundan (122:116) sonra açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, matça çox arxayın çıxmaları məğlubiyyətə səbəb olub: “Bunun nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi”.
Baş məşqçi əlavə edib ki, bu gün "Sumqayıt"ın istədiyi kimi oynayıblar: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri
0
0