“Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün aparıcı oyunçularımızın fəallığı ilə yaxşı nəticə qazanmaq istəyirdik".
Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XVI turunda "Ordu"ya 74:89 hesablı məğlubiyyəti şərh edib:
“Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bizim günümüz deyildi. Əvvəla biz atışlarda çox zəif təsir bağışladıq. Demək olar ki, təşkil etdiyimiz hücumlarda topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq. Digər tərəfdən onlar bu gün "Pick and Roll" vəziyyətlərindən daha yaxşı istifadə etdilər. Bu iki səbəbə görə biz oyunda uduzduq. Artıq bu oyunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri